Prezident İlham Əliyev Bakıda otel açılışında iştirak edib
Mayın 11-də Bakının Səbail rayonunda "Dinamo” otelinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Xezerxeber.az-ın məlumatına görə, açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva otelin rəmzi açılışını bildirən lenti kəsiblər. Prezident İlham Əliyev və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar. Ümumi sahəsi 7500 kvadratmetrə yaxın olan otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmələri üçün hərtərəfli imkanlar yaradır. Oteldə müxtəlif kateqoriyalara uyğun 28 otaq var. Otaqların interyeri tərtib edilərkən qonaqların zövqünü oxşaması və rahatlıq əsas meyar kimi seçilib. Otellə tanışlıqdan sonra Prezident kollektivlə görüşüb. Görüşdə çıxış edən dövlət başçısı tikilən otellərin turizmin inkişafını artıracağını bildirib. Sonda xatirə şəkli çəkilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: |
XƏBƏR LENTİ
Dünən, 10:22
Dünən, 10:21
Dünən, 10:21
Dünən, 10:21