"Müflisləşmə və iflas haqqında qanun" yalnız hüquqi şəxslərə aiddir

Milli Məclisdə qəbul edilmiş "Müflisləşmə və iflas haqqında qanun" hazırda ancaq hüquqi şəxslərə aiddir.

Bunu "Xəzərə Xəbər"ə müsahibəsində millət vəkili Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, qanunun əsas məqsədi hüquqi şəxslərlə vətəndaşlar arasında yarana biləcək çoxsaylı mübahisələrin qarşısını almaqdır.

Millət vəkili Aydın Hüseynov bildirir ki, əgər hüquqi şəxs öhdəliklərini yerinə yetirə bilmirsə, o zaman müflisləşmə prosesi başlayır və onun daşınmaz əmlakı üzərinə həbs qoyulur.

Onu da qeyd edək ki, borclunun iflas prosesinə başlanması məqamından əvvəlki 6 ay ərzində bağladığı əqdlər də məhkəməyə müraciət edilərək ləğv edilə bilər.

Aydın Hüseynov bildirir ki, gələcəkdə fiziki şəxslərin də müflis olması ilə bağlı qanun layihəsi hazırlana bilər. Bu, hüquqi şəxslərlə yanaşı, fiziki şəxslərin də müflis olması vəziyyətində onların və borclu olduqları qurum, ya da şəxslər arasındakı mübahisəli məqamları həll etməkdə yardımçı olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
26-04-2018, 21:03
Baxıs: 51 680
Reyting: