Hərbi güc reytinqində Azərbaycan 53-cü, Ermənistan 84-cü olub

2018-ci il “Global Firepower” hərbi güc reytinqində Azərbaycan 136 ölkə arasında 53-cü yerdə qərarlaşıb.

Trend-in məlumatına görə, Ermənistan bu reytinqdə 84-cü olub.

Qeyd olunur ki, “Global Firepower” reytinqi 50-dən çox amilə əsaslanır. Bu amillər arasında mövcud atəş gücünün daha yaxşı balansının təmin olunması üçün lazım olan silah sayı, coğrafi amillər, logistik çeviklik, təbii ehtiyatlar, yerli sənaye və s. yer alıb.

Reytinqdə ölkə ordularının şəxsi heyəti, silah-sursat, tank, helikopter, təyyarə və digər texnikanın sayı barədə məlumatlar yer alır.скачать dle 10.6фильмы бесплатно
18-04-2018, 11:47
Baxıs: 48 841
Reyting: