Azərbaycanda istehsal olunan avtomobillər ən azı dövlət qurumları tərəfindən alınmalıdır

Azərbaycanda istehsal olunan avtomobillər ən azı dövlət qurumları tərəfindən alınmalıdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bizim statistikamıza görə, bu ilin birinci rübündə idxal olunan avtomobillərin sayı kəskin artmışdır. Bu, əlbəttə, iqtisadi canlanmanın təzahürüdür, onu göstərir ki, vətəndaşlarda indi əlavə maliyyə imkanları yaranıbdır, kəskin artıbdır. Bu, özlüyündə müsbət göstəricidir, ancaq bu, o deməkdir ki, valyutamızın xaricə köçürülməsi də kəskin artıbdır. Ona görə, Azərbaycanda istehsal olunan avtomobillər ən azı dövlət qurumları tərəfindən alınmalıdır. Əminəm, vətəndaşlar da görəcəklər ki, bu avtomobillər yüksək standartlara cavab verir və qiymət də xaricdən gətirilən avtomobillərlə müqayisədə daha münasibdir".

İlham Əliyev bildirib ki, bu il, bu yaxınlarda Gəncə avtomobil zavodunda onmininci traktor istehsal edilib: "Bu da bizim müştərək əməkdaşlığımızın təzahürüdür. Biz indi fermerləri “Gəncə-Belarus” traktoru ilə təmin edirik. Bu traktorlara çox böyük maraq var. Mən bölgələrdə, tarlalarda olarkən maraqlanıram və bütün fermerlər bu traktorları çox yüksək qiymətləndirirlər. Əgər vaxtilə bu zavod yaradılmasaydı, bu traktorları istehsal etməsəydi, həmin texnikanın hamısını biz xaricdən alası olacaqdıq və nə qədər pul xərcləyəcəkdik. İndi isə biz həm ixrac edirik, həm də üçüncü ölkələrdə “Gəncə-Belarus” traktorlarının istehsalına başlayırıq. Bax, bu nəticələr deməyə əsas verir ki, yaranmaqda olan Hacıqabul, Masallı və Sabirabad sənaye zonalarının fəaliyyəti də uğurlu olacaq".скачать dle 10.6фильмы бесплатно
9-04-2018, 22:00
Baxıs: 81 680
Reyting: