Ermənistana münaqişənin əvvəlində sanksiya tətbiq edilsəydi, münaqişə çoxdan nizamlanmışdı

Ermənistana münaqişənin əvvəlində sanksiya tətbiq edilsəydi, münaqişə çoxdan nizamlanmışdı.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan torpaqları 25 ildən artıqdır ki Ermənistanın işğalı altındadır: "Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və digər tarixi bölgələrimiz, 7 rayonumuz erməni işğalı altındadır. Azərbaycanın beynəxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizim xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti ilə üzləşib. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın 10-dan çox ölkəsi bu soyqırımı tanıyıb. Biz, həmçinin üzv dövlətlərin bu problemin həlli üçün dəstəyinə və insanlığa qarşı törədilmiş bu cinayətə münasibətdə mövqelərini ifadə edəcəyinə ümid edirik".

Azərbaycan Prezidenti vurğulayıb ki, Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq ağır işgəncələrə məruz qalıb və qətlə yetirilib, minlərlə insan itkin düşüb: "Təəssüflər olsun ki, işğal bu günə qədər davam edir.

Qoşulmama Hərəkatına Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəkləyən qətnamə qəbul etdiyinə görə bir daha minnətdarlığımı bildirmək istərdim".

İlham Əliyev qeyd edib ki, digər beynəlxalq təşkilatlar da analoji qətnamələr qəbul ediblər: "BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr yerinə yetirilməyib, onların icra mexanizmi mövcud deyil. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Təəəssüf ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilməsinə baxmayaraq, bu ölkəyə qarşı hər hansı sanksiya qəbul edilməyib. Əgər Ermənistana münaqişənin əvvəlində sanksiya tətbiq edilsəydi, düşünürəm ki, münaqişə çoxdan nizamlanmışdı".

Prezident vurğulayıb ki, işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb: "ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərdi. Missiyanın hesabatı da göstərdi ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlar, muzeylər erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazisinin işğalı dayandırılmaılıdır, yalnız bundan sonra regiona sülh gələcək".

Dövlət başçısı bildirib ki, Ermənistanda ksenofobiya artır: “Ermənistan monoetnik ölkədir, orada digər xalqlar yaşamır. Bütün azərbaycanlılar və digər etnik qrupların nümayəndələri bu ölkədə etnik təmizləməyə məruz qalıb".скачать dle 10.6фильмы бесплатно
5-04-2018, 12:29
Baxıs: 76 453
Reyting: