Fəzail Ağamalı Elmar Məmmədyarovu istefaya çağırıb
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb.
Leqal.info-nun APA-ya istinadən məlumatına görə, 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir. O qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: “Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”. |
XƏBƏR LENTİ
Dünən, 12:20
Dünən, 11:21
Dünən, 11:11
Dünən, 11:04
Dünən, 10:30
Dünən, 09:45
Dünən, 08:52
Dünən, 08:43