Mehriban Əliyeva Rusiya səfirliyində olub, Kemerovoda yanğın nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib

Martın 28-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib.

Mehriban Əliyeva Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında həlak olanlarla əlaqədar matəm kitabına ürək sözlərini yazdı.

Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbərinin ölkəmizdə böyük kədər hissi ilə qarşılandığını deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verdi, hadisə zamanı xəsarət alanlara şəfa arzuladı.

Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi, hərbi-hava və hərbi-dəniz attaşesi İqor Lobastev səfirliyə gələrək başsağlığı verdiyinə və bu ağır günlərdə Rusiya xalqı ilə birlikdə olduğuna görə Birinci vitse-prezident Mehriban Əliyevaya Rusiyanın Azərbaycandakı səfirliyi və xalqı adından minnətdarlıq edərək dedi:

- Rusiya Federasiyasının səfirliyi, bütün Rusiya xalqı adından şəxsən Sizə vaxt taparaq bizim diplomatik nümayəndəliyimizə gəldiyinizə, bu günlərdə bizimlə, bütün Rusiya xalqı ilə olduğunuza görə minnətdarıq.

Azərbaycan xalqının həlak olanların doğmalarının kədərini bölüşdüyünü bildirən Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

- Vurğulamaq istərdim ki, bütün insanlar kədər içindədirlər. Mən insanlarla çox görüşürəm, hamı bu faciədən danışır. Həqiqətən də bu dərdi səmimi qəlbdən bölüşürlər. Hərçənd həlak olanların yaxınlarının nələr çəkdiyini təsəvvür etmək çətindir. Allah onlara səbir və güc versin.

Hərbi attaşe İqor Lobastev Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Biz bu hadisə ilə əlaqədar səmimi qəlbdən ilk başsağlığı verənlərdən biri kimi Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığımızı bildiririk. Əminik ki, Rusiya və Azərbaycan həmişə birlikdə olmalıdırlar.

Mehriban Əliyeva: Sözsüz. Əsl dostlar üçün sınaq da elə budur: həm sevincli, həm də ağır anlarda birlikdə olmaq və bir-birini dəstəkləmək.

İqor Lobastev: Sağ olun.

Mehriban Əliyeva: Sağ olun.
Mehriban Əliyeva Rusiya səfirliyində olub, Kemerovoda yanğın nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib
Mehriban Əliyeva Rusiya səfirliyində olub, Kemerovoda yanğın nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib
Mehriban Əliyeva Rusiya səfirliyində olub, Kemerovoda yanğın nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib скачать dle 10.6фильмы бесплатно
28-03-2018, 16:44
Baxıs: 28 262
Reyting: