Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşı artırılıb
Azərbaycan prezidenti Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, sərəncamla Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. |
XƏBƏR LENTİ
Dünən, 12:20
Dünən, 11:21
Dünən, 11:11
Dünən, 11:04
Dünən, 10:30
Dünən, 09:45
Dünən, 08:52
Dünən, 08:43