Prezident İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəkidə 15 modul tipli məktəbin quraşdırılmasına maliyyə vəsaiti ayırıb
Prezident İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 056 000 manatı Təhsil Nazirliyinə ayrılsın. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı Sıra №-si Təhsil müəssisələrinin adları Ayrılan vəsait 1 Oğuz rayonu Baş Daşağıl kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000 2 Oğuz rayonu Mollalı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000 3 Oğuz rayonu Xaçmazqışlaq kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000 4 Şəki rayonu Aşağı Daşağıl kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000 5 Şəki rayonu Daşbulaq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000 6 Şəki rayonu Öyrət kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000 7 Şəki rayonu Yeni Göynük kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000 8 Şəki rayonu Çapağan kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000 9 Qəbələ rayonu Qaradeyn kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 390 000 10 Qəbələ rayonu Şəfli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000 11 Qəbələ rayonu Laza kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000 12 Qəbələ rayonu Zərgərli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 216 000 13 Qax rayonu Çinarlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000 14 Qax rayonu Fıstıqlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000 15 Qax rayonu Aşağı Malax kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000 Cəmi 5 056 000 |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57