Ermənistan Silahlı Qüvvələrinin törətdiyi Qaradağlı qətliamından 26 il ötür
Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 26 il ötür.
Leqal.info-nun APA-ya istinadən məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra müdafiəni yaran erməni silahlıları fevralın 17-də kəndi işğalı ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin əsir götürüldüyü şahid ifadələri ilə sübut olunub. Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib. Qaradağlı indi də işğal altındadır. |
XƏBƏR LENTİ
Bu gün, 09:03
Bu gün, 08:51
Bu gün, 08:40
Dünən, 16:49
Dünən, 14:13
Dünən, 13:52
Dünən, 13:45
Dünən, 13:37
Dünən, 13:18
Dünən, 13:15