Azərbaycan prezidenti serbiyalı həmkarına məktub göndərib
Azərbaycan prezidenti İlham Əliyev serbiyalı həmkarı Aleksandr Vuçiçə məktub göndərib.
Leqal.info-nun APA-ya istinadən məlumatına görə, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































