Milli Məclisdə Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin olunması məsələsinə baxılacaq

Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin olunması məsələsinə baxılacaq.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, bu məsələ Milli Məclisin fevralın 13-də keçiriləcək iclasının gündəliyinə salınıb.

Bundan başqa, Qasım Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ də gündəliyə daxil edilib.

Qeyd edək ki, R. Rzayev hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.скачать dle 10.6фильмы бесплатно
7-02-2018, 12:44
Baxıs: 16 491
Reyting: