Prezident İlham Əliyev Hondurasın yeni dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu ünvanlayıb.

Leqal.info-nun "Report"a istinadən məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Honduras Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".скачать dle 10.6фильмы бесплатно
26-01-2018, 18:00
Baxıs: 11 746
Reyting: