Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Sumqayıt şəhərində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının qəbul üçün müraciət edən 44 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun, operativ şəkildə həlli üçün aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

leqal.infoскачать dle 10.6фильмы бесплатно
2-12-2017, 17:09
Baxıs: 572
Reyting: