Səfərbərlik Xidməti “Çağırır vətən” adlı yazı müsabiqəsi elan etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Çağırır vətən” adlı yazı müsabiqəsi elan edir. Bu barədə Leqal.info-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən məlumat daxil olub.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.
2. Müsabiqəyə 2017-ci ilin noyabr ayının 1-dən 2017-ci ilin noyabr ayının 25-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq.
3. Yazılar 5 min işarədən çox olmamalıdır.
4. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır.
5. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər.
6. Müsabiqə üçün yazılar 2017-ci ilin noyabr ayının 25-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı yer, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.

Qaliblərin mükafatlandırılması:

I yer – Fotoaparat
II yer - Mobil telefon
III yer - Planşet
Həvəsləndirici mükafatlar (5 mükafat) - Qol saatı

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binası
Əlaqə telefonu: 493-06-52

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
1-11-2017, 18:17
Baxıs: 854
Reyting: