Myanmarda müsəlmanlara qarşı kütləvi zorakılıq hallarından ciddi narahatıq

Azərbaycan Xarici İşlər Nazirliyi Myanmarda baş verən hadisələrə münasibət bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığını ifadə edib.

"Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik", - deyə H. Hacıyev vurğulayıb.

Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində son bir həftədə çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
5-09-2017, 13:01
Baxıs: 475
Reyting: