Prezident Cəlilabada səfərə gəlib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib.

APA-nın məlumatına görə, ölkə başçısı Cəlilabad şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə prezidentə məlumat verib.

Bildirilib ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün üz tutduqları ən çox sevilən məkanlardan biridir. Burada fəvvarələr quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkda sakinlərin istirahətlərinin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
2-09-2017, 13:44
Baxıs: 503
Reyting: