ISESCO: Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti onun öz ölkəsinə, xalqına diqqət və qayğısını göstərir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti onun öz ölkəsinə, xalqına diqqət və qayğısını göstərir. Bunu Trend-ə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

O qeyd edib ki, Mehriban Əliyeva dövlətçilik fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fonduna rəhbərlik etməklə böyük ictimai işlər görür:

“Fondun xətti ilə elm və təhsil, humanitar və mədəniyyət, sosial və ekologiya sahələrini əhatə edən bir çox layihələr həyata keçirilib. Bu çoxşaxəli fəaliyyət onu göstərir ki, Mehriban xanım Əliyeva öz ölkəsinin, xalqının və onun inkişafının qayğısına qalır. Şübhəsiz ki, o, bacarıqlı dövlət xadimi və görkəmli şəxsiyyətdir”.

Əl-Tüveycri, həmçinin IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri kimi Mehriban Əliyevanın bu yarışların Bakıda keçirilməsində rolunun diqqətəlayiq olduğunu qeyd edib:

“Oyunların yüksək səviyyədə təşkili sayəsində bu idman tədbiri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən gənc iştirakçıları bir araya gətirmək və ədalətli rəqabəti təmin etmək mümkün oldu. Bu da, öz növbəsində, müsəlman ölkələrinin həmrəyliyinin bariz nümunəsi idi. Bu tədbir Azərbaycanın sülh, tolerantlıq, şəffaflıq platforması kimi vacib rolunun daha bir nümunəsi oldu”.

Leqal.info
скачать dle 10.6фильмы бесплатно
26-08-2017, 15:10
Baxıs: 456
Reyting: