Füzulidə qəzada həlak olan polis serjantı Ələsgər Əsgərov Naxçıvanda dəfn edilib - YENİLƏNİB + FOTO

Avtomobil qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərov dəfn edilib.

Sentyabrın 20-də Füzulidə avtomobil qəzasında həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Ələsgər Zakir oğlu Əsgərov yaylım atəşi və Dövlət Himninin sədaları altında Naxçıvan şəhərinin Əliabad qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Dəfndə şəhidlərin ruhuna dualar oxunub, mərhumun qəbri üzərinə tər güllər düzülüb.

10:12

Naxçıvan şəhərində qəzada həlak olan polis serjantı Ələsgər Əsgərovla vida mərasimi keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, sentyabrın 20-də Füzulidə yol-nəqliyyat hadisəsi zamanı həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Ələsgər Zakir oğlu Əsgərovla vida mərasimi keçirilir.
Vida mərasimində dövlət və hökumət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov həyatını itirib.скачать dle 10.6фильмы бесплатно
20-09-2023, 14:36
Baxıs: 439
Reyting: