"Azərikimya"ya yeni baş direktor TƏYİN EDİLDİ

"Azərikimya"ya yeni baş direktor TƏYİN EDİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

Bu, Elnur Məmmədlidir.

O, 17 ildən artıqdır ki, SOCAR-ın müəssisələrində çalışır, son 7 ildə isə “SOCAR Türkiyə” şirkətində müxtəlif rəhbər vəzifələrdə işləyib və yeni vəzifəsində ekologiya və təbii sərvətlər naziri təyin olunmuş Muxtar Babayevi əvəz edib.

Xatırladaq ki, “Azərikimya”nın strukturuna Etilen-Polietilen zavodu (“EP-300”, “Polimir-120” istehsalatlarından, izopropil spirti istehsalı sahəsindən, Buxar və elektrik enerjisi istehsalatından ibarət) və Təmir-tikinti İdarəsi daxildir.скачать dle 10.6фильмы бесплатно
28-07-2023, 11:45
Baxıs: 202
Reyting: