Bakıda Qoşulmama Hərəkatının iclası keçirilir

Bakıda Qoşulmama Hərəkatının iclası keçirilir

Bu gün Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclası öz işinə başlayır.

Tədbir iyulun 6-da yekunlaşacaq.

Xatırladaq ki, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir.
Bandunq Konfransından 6 il sonra, 1961-ci il 1-6 sentyabr tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub.

Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.скачать dle 10.6фильмы бесплатно
5-07-2023, 10:05
Baxıs: 76
Reyting: