“Müasir Qadın və Cəmiyyət” İB sahibkar xanımlar üçün növbəti innovativ startup layihəni həyata keçirdi

“Müasir Qadın və Cəmiyyət” İB sahibkar xanımlar üçün növbəti innovativ startup layihəni həyata keçirdi


Müasir Qadın və Cəmiyyət İB Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda kiçik və orta bizneslə məşğul olan qadın sahibkarların innovativ marketinq, piar, brendləşmə xidmətlərinin tətbiqinə və KOB subyektlərin innovasiyalaşmasına dəstək olmaq məqəsdi ilə “Sahibkar qadınlara İnnovativ rəqəmsal dəstək“ layihəsini həyata keçirdi.
Layihə çərçivəsində kiçik orta sahibkarlıqla müxtəlif sahələrdə (təhsil, qida ,kənd təsərrüffatı, turizm v.s.) məşğul olan 15 qadına istehsal etdiyi məsul və ya xidmətin innovasiyalaşmasına texnki dəstək göstərərək İnnovativ proqram tətbiqetmə hazırlandı və innovativ marketinq piar xidmətləri dəstəyi verildi. Layihənin ikinci hissəsində mobil tətbiqin və proqramlaşdırılmış məhsulların təqdimatının keçirildi.
Tədbirdə İnnovasiya Mərkəzinin və Müasir Qadın və Cəmiyyət İB-nin sədri Fidan Maxsudova çıxış edərək layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, elm texnika inkişaf edir dünyada hər şey sürətlə innovasiyalaşır artıq ənənəvi xarakter daşıyan məlumatlar faydasını itirir. Divara asılmış soyuq posterlər və ya xırda etiketli məhsullar bəzən rəqabətə dözməyərək bazardan çıxır. Elə məhz bu səbəbdən bu startupı yaratmağın vacibliyini düşünərək sizlərin daha keyfiyyətli məhsul əldə etməsi və sahibkarların da effektiv bazara rəqabətli məsul təqdim etməsi üçün yola çıxdıq.
Və Məhsulunuz Danışsın proqramını sizlər üçün hazırladıq. Layihə çərçivəsində hazırlanan Məhsulunuz Danışsın proqramı tətbiqetməsi Sahibkar və istehlakçılar üçün çox effektiv kommunikasiya yaratdı. Proqram istehlakçılara daha asan və faydalı məhsulların əldə etməsi üçün çox əhəmiyyətlidir. Proqram həmçinin istehlakçıların məhsul əldə etməsində bərabər imkanlar yaradır, inkulizivliyin təmin olunmasına dəstək olur. Bütün müştərilərin həmçinin görmə və eşitmə əngəlli insanların, yaşlıların məhsulların üzərində xırda hərflərlə yazılmış etiketlərin oxunmasında çətinlik çəkir, məhsulun nə qədər faydalı olması barəsində məlumat əldə edə bilmədikləri üçün çox vaxt məhsulu almaqdan imtina edirlər. Bu proqram istehlakçıların asan və rahat vasitə ilə məhsul barəsində məlumat almalarına dəstək olacaqdır. Bu proqram həm sahibkarların həm də istehlakçıların qayğılarının azalması, keyfiyyətli xidmət və məhsulların piarını təmin edəcəkdir. “Məhsul Danışsın” Proqramında 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşmışdır.
Daha sonra sahibkar xanımlar çıxış edərək layihənin KOB subyeklərinə verdiyi faydadanın əhəmiyyətli olmasını və belə layihələrin onlar üçün çox vacibliyini qeyd etdilər. Tədbirdə həmçinin rəqəmsallaşmış məhsulların sərgisi nümayiş olunub.
Play marketdə “Məhsulunuz Danışsın” yazaraq tətbiqetməni yükləyərək məhsulun üzərinə açılan kameranı məhsula yaxınlaşdıraraq məhsulun haqqında məlumat verməsini izləyə bilərsiniz.
Startup barədə suallarınız olarsa [email protected] ünvanına müraciət edə bilərsiniz.

Hüseynbala Həsən
/atributinfo.az/

“Müasir Qadın və Cəmiyyət” İB sahibkar xanımlar üçün növbəti innovativ startup layihəni həyata keçirdi


“Müasir Qadın və Cəmiyyət” İB sahibkar xanımlar üçün növbəti innovativ startup layihəni həyata keçirdi


“Müasir Qadın və Cəmiyyət” İB sahibkar xanımlar üçün növbəti innovativ startup layihəni həyata keçirdi


“Müasir Qadın və Cəmiyyət” İB sahibkar xanımlar üçün növbəti innovativ startup layihəni həyata keçirdi


“Müasir Qadın və Cəmiyyət” İB sahibkar xanımlar üçün növbəti innovativ startup layihəni həyata keçirdi
скачать dle 10.6фильмы бесплатно
27-04-2023, 13:48
Baxıs: 178
Reyting: