DTX və DSX əməliyyat keçirib, külli miqdarda narkotiki ölkəyə keçirən şəxslər saxlanılıb

Dövlət Təhlükəsizliyi (DTX) və Dövlət Sərhəd xidmətləri (DSX) tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində birgə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Leqal.info xəbər verir ki, bu barədə DTX və DSX-nin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, İran İslam Respublikasının vətəndaşlarının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar əsasında Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Sabirabad rayon sakini Ataşov Rahim Hacı oğlu külli miqdarda narkotik vasitə olan 37 kiloqram 550 qram qurudulmuş marixuananı idarə etdiyi avtomobilin yük yerində daşıyarkən tutulub.

Aparılan araşdırmalarla dövlət sərhədini qanunsuz yolla keçərək külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisinə keçirib İmişli rayonunda Rahim Ataşova təhvil verdiyi müəyyən edilən, üzərilərində şəxsiyyəti təsdiq edən sənədləri olmayan İran İslam Respublikası vətəndaşları, 1966-cı il təvəllüdlü Mehriban Latif Mohsen və 1980-ci il təvəllüdlü Parsa Jaffarlou Amrrza Ramazan dövlət sərhədində saxlanılıblar.

Məlum olub ki, Latif Mehriban daha əvvəl də eyni əməllərə görə 2008-ci ildə Azərbaycanda saxlanılaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 2014-cü ildə cəzasının qalan hissəsini çəkməsi üçün vətəndaşı olduğu ölkəyə təhvil verilib, İran İslam Respublikasında cəzadan vaxtından əvvəl azad edildikdən sonra da eyni cinayət əməllərini davam etdirib.

Faktla bağlı DTX-də aparılan cinayət işi üzrə Rahim Ataşov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri, Latif Mehriban və Amrrza Parsa Jaffarlou isə Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə yanaşı 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
6-06-2022, 20:24
Baxıs: 31 229
Reyting: