Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippini Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb.
Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən bildirilib. Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, eyni zamanda, Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, martın 30-da Z.Həsənov Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü C.Hippinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































