Ərdoğan Rusiyanın Ukraynaya hücumuna münasibət bildirib

“Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini telefon danışığımız zamanı ukraynalı həmkarım Volodimir Zelenskiyə də dedim”.

Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Gərginliyin Minsk razılaşmaları çərçivəsində tənzimlənməsi arzumuzu bir daha təkrarlayırıq. Bunu dünən telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinə də dedim.

Hərbi müdaxilənin qəbuledilməz olduğunu və rədd etdiyimizi bir daha xatırlatmaq istəyirəm. Beynəlxalq hüquqa zidd kimi qiymətləndirdiyimiz bu addım regionun sabitliyinə vurulmuş bir zərbədir”, - dövlət başçısı söyləyib.скачать dle 10.6фильмы бесплатно
24-02-2022, 16:00
Baxıs: 29 556
Reyting: