Çavuşoğlu: “Türkiyə və Ermənistan nümayəndələrinin ilk görüşü Moskvada keçirilə bilər”

“Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçirilə bilər”.


Leqal.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2021-ci ilin yekunlarına dair mətbuat konfransında söyləyib.

O bildirib ki, bu təklifi Ermənistan tərəfi irəli sürüb.

Nazir Türkiyə ilə Ermənistan arasında müzakirələrin vasitəçi olmadan aparılmasını dəstəklədiyini vurğulayıb:
“Ankara və İrəvan xüsusi nümayəndələrin görüşünün dəqiq tarixi telefon danışıqları nəticəsində dəqiqləşdirəcək”.скачать dle 10.6фильмы бесплатно
27-12-2021, 12:30
Baxıs: 25 150
Reyting: