Zakir Həsənov və Sergey Şoyqu sərhəddəki vəziyyəti müzakirə edib
Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
Bu barədə Leqal.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib. Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






