Ərdoğan: "Putin altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir"

“Rusiya Prezidenti Vladimir Putin bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir”.

Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

R.T.Ərdoğan “Vladimir Putinlə görüşdə bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılması məsələsi də gündəmə gəldimi” sualına belə cavab verib: “Vladimir Putin onsuzda bu məsələyə hər zaman hazırdır”.

Qeyd edək ki, altılıq formatı Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan arasında əməkdaşlq platformasının yaradılmasını nəzərdə tutur.скачать dle 10.6фильмы бесплатно
30-09-2021, 21:26
Baxıs: 37 731
Reyting: