Sergey Lavrov: "Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsinə səy göstəririk"

"Rusiya beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Ötən ilin sonunda Rusiya Dağlıq Qarabağda qan tökülməsinin qarşısının alınmasında və bütün Cənubi Qafqazda dinc həyatın bərpası üçün şəraitin yaradılmasında mübaliğəsiz olaraq həlledici rol oynadı”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya tərəflər arasında etimadın möhkəmləndirilməsinə və humanitar layihələrin həyata keçirilməsinə dəstək olmaq üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə səy göstərir.скачать dle 10.6фильмы бесплатно
24-06-2021, 13:46
Baxıs: 38 890
Reyting: