İlham Əliyev: "Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır"
“Bu gün imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamə əlaqələrimizi, münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.
Leqal.info-nun xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib. “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb”, - Prezident vurğulayıb. |
XƏBƏR LENTİ
Bu gün, 08:16
Bu gün, 08:13
Bu gün, 08:09
Bu gün, 08:00
Bu gün, 08:00







