“Laçın dəhlizi ilə hərəkət təhlükəsizdir, atəşkəsə riayət olunur”

“Dağlıq Qarabağda bütün təmas xəttində atəşkəsə əməl olunur”.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 27 müşahidə məntəqəsində atəşkəsə riayət olunmasına nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirməyə davam edirlər. Rus sülhməramlıları mülki nəqliyyat vasitələrinin və sakinlərin Laçın dəhlizindəki hərəkətinin təhlükəsizliyini, ərzaq məhsulları və müxtəlif malların daşınmasını təmin edirlər. Atəşkəsə təmas xətti boyunca əməl olunur”,- deyə açıqlamada vurğulanıb.

Həmçinin qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyətləri pozuntuların qarşısını almaq, habelə müşahidə postlarına mümkün hücumların qarşısının alınması üzrə müntəzəm olaraq döyüş hazırlığı təlimləri həyata keçirir.скачать dle 10.6фильмы бесплатно
28-01-2021, 15:14
Baxıs: 45 869
Reyting: