“Rusiya Qarabağı öz tərkibinə qatmaq niyyətində deyil”

“Biz bölgədəki bütün məsələlərin burada yerləşən ölkələr arasında və ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunmalı olduğu faktından çıxış edirik”.

Leqal.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya XİN-in 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında deyib.

“Dağlıq Qarabağın Rusiya Federasiyasına daxil edilməsi ilə bağlı ekzotik sualla əlaqədar olaraq, demək istərdim ki, Qarabağın müstəqilliyi heç kim tərəfindən, o cümlədən Ermənistan Respublikası tərəfindən tanınmayıb, bizim belə bir niyyətimiz ümumiyyətlə yoxdur”,- deyə Lavrov qeyd edib.

O, Rusiya Federasiyasının bu bölgədə sülh, sabitlik və təhlükəsizliyi təmin edəcək bir həll yolunu tapmağa kömək edəcəyini vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
18-01-2021, 18:31
Baxıs: 23 803
Reyting: