Ərdoğan İlham Əliyev və digər həmkarlarını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət başçısı Ersin Tatarla telefonla danışıb.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Ərdoğanla dövlət başçıları bir-birlərini Yeni il münasibətilə təbrik ediblər.

Görüşlərdə 2021-ci ildə ikitərəfli münasibətləri inkişaf etdirmək və regional məsələlərdə əməkdaşlığı gücləndirmək əzmi vurğulanıb.скачать dle 10.6фильмы бесплатно
1-01-2021, 23:30
Baxıs: 42 176
Reyting: