Erməni general-mayor məhv edildi

Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı, general-mayor Norayr Mirzoyan məhv edilib.

Leqal.info xəbər verir ki, hərbi mənbələrdən “Haqqin.az”a verilən məlumata görə, Mirzoyanla birlikdə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib.

Qəribədir ki, özünü qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin (SNB) müdir müavini” kimi təqdim edən polkovnik N. Mirzoyan cəmi bir neçə gün əvvəl general-mayor rütbəsi almışdı.

3 noyabrda “Milli Təhlükəsizlik Xidmətinin direktoru”, general-leytenant Kamo Aqacanyan döyüş mövqelərini gəzərək N.Mirzoyana general-mayor poqonunu vermişdi.скачать dle 10.6фильмы бесплатно
6-11-2020, 17:04
Baxıs: 41 671
Reyting: