Ermənistan dövlət sərhədində atəşkəsi yenə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Leqal.info bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub", - məlumatda deyilir.скачать dle 10.6фильмы бесплатно
3-11-2020, 09:00
Baxıs: 17 593
Reyting: