Rusiyanın FHN təyyarələri Ermənistana silah daşıyır

Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüquqa məhəl qoyulmaması çoxdan adi bir fenomenə çevrilib, lakin onun bütün sivil dünya tərəfindən qəbul edilmiş beynəlxalq hüququn qarşılığında törətdiyi cinayətlərin kreativliyi təəccübləndirməkdə davam edir.

Erməni tərəfi təkcə humanitar yardım adı ilə ölkəyə silah və sursat gətirməklə kifayətlənmir, hətta bunun üçün mülki aviasiya təyyarələrindən istifadə edir və bununla da 1944-cü ildə imzalanmış Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur. Üstəlik, Ermənistana silah çatdıran təyyarələr arasında Paşinyanın rəsmi səfərləri üçün nəzərdə tutulan dövlət bortunun da olduğu bildirilir. Bununla kuryer-qaçaqmalçılar rolunda Paşinyan hökumətinin üzvləri iştirak edir.

Leqal.info xəbər verir ki, "Haqqın.az" saytının mənbələrinə görə, oktyabrın 3-dən 9-dək olan müddətdə, hərbi əməliyyatların davam etdiyi dövrdə, Rusiyadan Ermənistana mülki təyyarələr vasitəsilə "humanitar yardım" adı altında ümumi çəkisi 20 tondan çox olan silah və sursat daşınması həyata keçirilib. Ermənistanın Baş Nazirinin müavini Mher Qriqoryan və Xarici İşlər nazirinin müavini Şavarş Köçəryanın şəxsi təyyarələrində silah daşıması barədə artıq məlumat verilib. Ermənistanın Baş Nazirinin müavini dövlət təyyarələrindən birində Rusiyadan daşınan silah-sursatın ilk partiyasını şəxsən müşayiət edib və bunun üçün Moskvaya birgünlük "işgüzar səfər" təşkil edib. 4 oktyabrda isə eyni marşrut üzrə eyni təyyarə ikinci uçuşu həyata keçirib, lakin bu dəfə kuryer vəzifəsi həmyerlisindən fərqli olaraq, silah-sursatla tam dolmuş təyyarədə geri dönməməyi seçən Xarici İşlər nazirinin müavini Şavarş Köçəryana həvalə edilib. Hər iki halda tranzit ölkə olan Gürcüstanın müvafiq idarələrinə xəbər verilməyib və silah tədarükü rəsmi Tbilisinin hərbi yüklərin daşınması ilə bağlı hava məkanından istifadəsinin qadağan olunmasını elan etməsindən sonra həyata keçirilib.скачать dle 10.6фильмы бесплатно
12-10-2020, 14:04
Baxıs: 22 296
Reyting: