Azərbaycanda hərbi vəziyyət elan edildi

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında Azərbaycanda hərbi vəziyyət təsdiq edilib.

Leqal.info xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib.

O bildirib ki, dövlət başçısının fərmanı ilə qərara alınıb ki, 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edilsin.

H.Hacıyevin sözlərinə görə, fərmanda o da bildirilir ki, bununla yanaşı, bir çox regionda komendant saatı tətbiq olunsun.скачать dle 10.6фильмы бесплатно
27-09-2020, 19:00
Baxıs: 21 498
Reyting: