AŞPA-da Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə ediləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin iclası sentyabrın 10-da videokonfrans formatında keçiriləcək.

Bu barədə Leqal.info AŞPA-nın Mətbuat xidmətinə istinadən məlumat verir.

İclasda Ermənistanın iyulun 12-dən 16-dək Tovuz istiqamətində Azərbaycan mövqelərinə hücum cəhdləri müzakirə ediləcək.

Müzakirələr zamanı Azərbaycan üzrə həmməruzəçi Ştefan Şennak, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri - Səməd Seyidov və Tural Gəncəliyev çıxış edəcəklər.

Qeyd edək ki, bu gün AŞPA iclası çərçivəsində Tural Gəncəliyevin Ermənistan rəhbərliyi tərəfindən Livan ermənilərinin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı qaldırdığı məsələ də müzakirə olunub.скачать dle 10.6фильмы бесплатно
8-09-2020, 22:49
Baxıs: 24 450
Reyting: