Macarıstan Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir

Macarıstan Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

Bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən macar Xarici İşlər naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu, Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb. Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir Peter Siyarto Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə toxunan P.Siyarto Macarıstanın Aİ ilə Azərbaycan arasında aparılan yeni saziş üzrə danışıqların tezliklə yekunlaşmasının tərəfdarı olduğunu qeyd edib.

Görüşün sonunda P.Siyarto azərbaycanlı həmkarını pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra Budapeştə rəsmi səfərə dəvət edib.скачать dle 10.6фильмы бесплатно
17-07-2020, 15:45
Baxıs: 91 502
Reyting: