Yeni başçı YAP Gənclər Birliyinin sədridir
Bu gün Prezident İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinə başçı təyin edib.
Leqal.info xəbər verir ki, 1984- cü il təvəllüdlü S. Orucov Naxçıvan Muxtar Respublikasında anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub, daha sonra elə həmin universitetdə magistratura oxuyub. 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. O, 2010-cu ildə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib, 2011-ci ildə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. Qeyd edək ki, S. Orucov sabiq deputat və rektor Şəmsəddin Hacıyevin kürəkənidir. |
XƏBƏR LENTİ
Bu gün, 11:38
Bu gün, 11:27
Bu gün, 10:45
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40