“Bulvar bağlıdır, amma insanlar çimərliklərdə gəzirlər”

“Koronavirusla Mübarizəyə Dəstək Fondu kifayət qədər şəffaf qurumdur”.

Leqal.info-nun verdiyi xəbərə görə, bunu deputat Ziyad Səmədzadə deyib.

O bildirib ki, Azərbaycan hökuməti pandemiyaya qarşı çox səmərəli mübarizə aparır: “Siz əmin ola bilərsiniz ki, İctimai Şuranın üzvləri vəsaitlərin şəffaf xərclənməsinə nəzarət edəcəklər. Bu günədək 11 mindən çox insan Fonda ianə ödəyib” .

İctimai Şuranın digər üzvü Fərhad Bədəlbəyli deyib ki, koronavirusa qarşı mübarizədə media böyük rol oyanır: “Televiziyalar ciddi sujetlər verməlidirlər, əyləncə bir qədər sonra olar. Fonda kimsə 1 milyon, kimsə 1 manat verib, bunun fərqi yoxdur, bunlar xalqın pullarıdır. Səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, tibbi avadanlığa vəsait lazım deyil, dövlət hər şeyi təmin edib. Təklif olunur ki, həkimlərin ailə üzvlərinin sığortasına pul yönləndirilsin.

Vətəndaşların hərəkəti ilə bağlı monitorinq aparılmalıdır. Bulvar bağlıdır, amma insanlar çimərliklərdə gəzirlər. İnsanlar inanmır, amma inanın ki, bu bəla var.

***

F. Bədəlbəyli bildirib ki, əsgərlərin ailələrinə yardım edilməsini təklif edib.

Ziyad Səmədzadə isə əlavə edib ki, İctimai Şuranın iclasına İqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edib: “Bu məsələlər müzakirə olunacaq və Fonda toplanan ianələrin hansı istiqamətlərə xərclənəcəyi qərar veriləndən sonra ictimaiyyətə açıqlanacaq”. (Qafqazinfo.az)скачать dle 10.6фильмы бесплатно
5-05-2020, 19:24
Baxıs: 21 567
Reyting: