Prezident İsmayıllının icra başçısına karantini pozduğuna görə töhmət verdi

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb.

"Leqal.info" xəbər verir ki, sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Qeyd edək ki, N.Bağırov Prezident İlham Əliyevin bu il martın 5-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İsmayıllının icra başçısına karantini pozduğuna görə töhmət verdiскачать dle 10.6фильмы бесплатно
21-04-2020, 18:42
Baxıs: 65 480
Reyting: