Üç seçki məntəqəsinin nəticələri ləğv oldu
MSK-dan “Leqal.info”ya bildirilib ki, həmin məntəqlərin (111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi) nəticələri dairə seçki komissiyaları (DSK) tərəfindən ləğv edilib.
*** 10:03 Parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat daxil olmayıb. “Leqal.info”nun xəbərinə görə, 125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən MSK-ya hesabat daxil olub. Belə ki, bu günə qədər 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi MSK-ya hesabat verməyib. Qeyd edək ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən lider namizəd Kamilə Əliyeva, 123 saylı Kəlbəcər seçki dairəsindən isə lider namizəd Aqil Məmmədovdur. Xatırladaq ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi. |
XƏBƏR LENTİ
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Dünən, 08:57
Dünən, 08:57