Pərvin Mahmudov ilk olaraq imza vərəqələrini DSK-ya təqdim etdi

“Əminəm ki, millət vəkili seçilərək mənə doğma olan sakinlər üçün faydalı işlər görəcəm və Prezidentin siyasi kursuna hər zaman olduğum kimi sadiq olacam”

31 saylı Suraxanı İkinci seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüş gənc jurnalist Pərvin Mahmudov bu gün lazım olan 500 seçici imzasını və zəruri sənədləri toplayaraq Dairə Seçki Komissiyasına təqdim etmişdir.

Bu barədə leqal.info saytına Pərvin Mahmudov özü məlumat verib: “ Öncə onu bildirim ki, imza toplama kampaniyası çox uğurlu keçdi və komandamız qısa vaxtda tələb olunan 450 və əlavə 50 seçici imzasını toplayıb namizədlər arasında ilk olaraq Dairə Seçki Komissiyasına təqdim etdik. İmza toplama kampaniyasında özüm iştirak edərək hər bir imza sahibi ilə şəxsən görüşdüm. Seçicilər arasında böyük ruh yüksəkliyi var və onların mənə etimad göstərəcəyinə əminəm. Cənab Prezidentin gənclərlə bağlı son çıxışları seçicilər arasında gənclərə etimadın daha da yüksəlməsinə səbəb olub. Onu da qeyd edim ki, mənim uşaqlığım, yeniyetməliyim, tələbəlik illərim, ümumiyyətlə, həyatım Yeni Günəşli və Qaraçuxur qəsəbəsinə bağlıdır. Həm də mən gənc jurnalist olaraq bu qəsəbələrdəki problemləri yaxşı bilirəm və dəfələrlə həmin problemləri mətbuatda işıqlandırmışam. Əminəm ki, mən bu dairədən millət vəkili seçilərək mənə doğma olan sakinlər üçün faydalı işlər görəcəm və ən əsası Prezidentin siyasi kursuna hər zaman olduğum kimi sadiq olacam”.

Qeyd edək ki, uğurla başa çatan imzatoplama kampaniyasıdan foto-görüntülər qeydə alınıb və onları təqdim edirik.
Pərvin Mahmudov ilk olaraq imza vərəqələrini DSK-ya təqdim etdi
Pərvin Mahmudov ilk olaraq imza vərəqələrini DSK-ya təqdim etdi
Pərvin Mahmudov ilk olaraq imza vərəqələrini DSK-ya təqdim etdi
Pərvin Mahmudov ilk olaraq imza vərəqələrini DSK-ya təqdim etdiскачать dle 10.6фильмы бесплатно
26-12-2019, 18:29
Baxıs: 306 757
Reyting: