Vaqif Fərzəliyev “Şərəf” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vaqif Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Leqal.info" xəbər verir ki, sərəncamla Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya üzrə elmlər doktoru Vaqif Fərzəliyevin 80 yaşı tamam olur.скачать dle 10.6фильмы бесплатно
18-12-2019, 22:40
Baxıs: 164 287
Reyting: