Azərbaycanın yeni Ombudsmanı seçilib

Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkilinin (Ombudsman) adı məlum olub.

"Leqal.info" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçilib.

Onun namizədliyinin lehinə 104 deputat səs verib.

S.Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib.

*** 12:26

Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsinin müzakirəsi başlayıb.

"Leqal.info"nun xəbərinə görə, namizədlər barədə Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

B.Muradova deyib ki, namizədlər cəmiyyətdə tanınan və həyat yolu, tərcümeyi-halları zəngin olan insanlardır: “Namizədlər ictimai-siyasi həyatda tanınan simalardır. Onlar ölkənin bugünkü siyasətinə və Prezident İlham Əliyevin apardığı yeniləşmə, gəncləşmə siyasətinin ruhuna tam uyğundurlar. Kimin seçilməsindən asılı olmayaraq yeni Ombudsmana uğurlar arzulayırıq”.

Ombudsman vəzifəsinə üç nəfərin - Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb.

Hər üç namizəd parlamentin iclasında iştirak edir.

*** 09:16

Milli Məclisin bu gün keçiriləcək plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.

"Leqal.info" xəbər verir ki, Ombudsman vəzifəsinə üç namizəd irəli sürülüb.

Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.скачать dle 10.6фильмы бесплатно
29-11-2019, 12:45
Baxıs: 42 399
Reyting: