Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin etdi

Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Leqal.info" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, E.Həsənov 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.скачать dle 10.6фильмы бесплатно
12-11-2019, 14:35
Baxıs: 67 065
Reyting: