Prezident Administrasiyasının rəhbərinin 44 yaşı var
Prezident İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Leqal.info" Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin tərcümeyi-halını təqdim edir. Samir Rafiq oğlu Nuriyev 9 mart 1975-ci ildə Bakı şəhərində anadan olub. O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub, 1996-cı ildə həmin universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib. 1996-2003-cü illərdə Samir Nuriyev müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru, o cümlədən 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb. 2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib. Ölkə başçısının 12 aprel 2016-cı ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il sərəncamı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. 21 aprel 2018-ci ildən 1 noyabr 2019-cu ilədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb. Evlidir, iki övladı var. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57