"Mitinqin belə erkən vaxta təyin olunması tələsik və uğurlu olmayan addım idi"
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının (MŞ) sədri Cəmil Həsənlinin MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınması barədə təklifini müsavatçılar dəstəkləyir.
Leqal.info-nun “Report”a istinadən xəbərinə görə, Müsavat Partiyası başqanlığına sabiq namizəd Yadigar Sadıqlı razılaşdırılmamış aksiyanın təxirə salınmasını doğru addım saydığını bildirib. “Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi”, - deyə, Y.Sadıqlı əlavə edib. Xatırladaq ki, Milli Şura sədri Cəmil Həsənli MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınmasını təklif edib. C.Həsənli razılaşdırılmamış aksiyanın təxirə salınması üçün Milli Şuranın Koordinasiya Şurası və AXCP-nin təcili müzakirə aparmalı olduğunu vurğulayıb. Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib. |
XƏBƏR LENTİ
Bu gün, 10:46
Bu gün, 09:57
Dünən, 16:56
Dünən, 09:15
Dünən, 09:09
Dünən, 09:00
Dünən, 08:53