Aqil Abbas polisə əlavə səlahiyyət verilməsini təklif edib

Milli Məclisin deputatı Aqil Abbas polisə əlavə səlahiyyət verilməsi təklifini irəli sürüb.

“Leqal.info”nun xəbərinə görə, o, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərək deyib ki, ölkədə tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirmək qadağandır.

“Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox... Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir... Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”, - A.Abbas bildirib.скачать dle 10.6фильмы бесплатно
30-09-2019, 14:00
Baxıs: 45 702
Reyting: